Страницы
▼
31 мая 2011 г.
Последний звонок
Под дождем или в зное,
Но в положенный срок,
Каждой новой весною
Есть последний звонок!
Он экзамена вроде,
Он итоги подводит
Десяти школьных лет.
Он прелюдия входа
В беспредельность дорог,
Он в любую погоду
Позовет за порог.
Он прекрасен, отчаян,
Стать трамплином готов,
Он сигналит к началу
Главных в жизни шагов.
Сколько в нем обещаний!
Вдаль зовет этот звон.
В нем и горечь прощаний,
И надежд миллион.
Под дождем или зноем,
Но в положенный срок,
Каждой новой весною,
Есть последний звонок!
28 мая 2011 г.
26 мая 2011 г.
25 мая 2011 г.
24 мая 2011 г.
День Рождения Риашки
Дорогой Риад! Мы поздравляем тебя с Днем Рождения! Желаем тебе хороших, верных друзей, здоровья и успехов в учебе!
На день рожденья бабyшка
Прислала сто рyблей.
"Нет слов для благодарности!" -
Так написал я ей.
Промчался год стремительно,
И вот он — мой февраль…
На день рожденья бабyшка
Прислала мне словарь.
23 мая 2011 г.
22 мая 2011 г.
19 мая 2011 г.
18 мая 2011 г.
17 мая 2011 г.
16 мая 2011 г.
15 мая 2011 г.
Мои любимые стихи
"Заповедь" Редьярд Киплинг
Владей собой среди толпы смятенной,
Тебя клянущей за смятенье всех,
Верь сам в себя, наперекор вселенной,
И маловерным отпусти их грех;
Пусть час не пробил - жди, не уставая,
Пусть лгут лжецы - не снисходи до них;
Умей прощать и не кажись, прощая,
Великодушней и мудрей других.
Умей мечтать, не став рабом мечтанья,
И мыслить, мысли не обожествив;
Равно встречай успех и поруганье,
Не забывая, что их голос лжив;
Останься тих, когда твое же слово
Калечит плут, чтоб уловлять глупцов,
Когда вся жизнь разрушена и снова
Ты должен все воссоздавать с основ.
Умей поставить в радостной надежде,
На карту все, что накопил с трудом,
Все проиграть и нищим стать, как прежде,
И никогда не пожалеть о том,
Умей принудить сердце, нервы, тело
Тебе служить, когда в твоей груди
Уже давно все пусто, все сгорело
И только Воля говорит: "Иди!"
Останься прост, беседуя с царями,
Останься честен, говоря с толпой;
Будь прям и тверд с врагами и друзьями,
Пусть все, в свой час, считаются с тобой;
Наполни смыслом каждое мгновенье,
Часов и дней неумолимый бег, -
Тогда весь мир ты примешь во владенье,
Тогда, мой сын, ты будешь Человек!
14 мая 2011 г.
С Днём Рождения!
javascript:void(0)
* * *
Абдуллаев Ильхам - 20 сентября
Абдурагимов Риад - 24 мая
Шахбазов Гамид - 10 декабря
Гамиди Хадиджа - 9 апреля
Юсифов Фаиг - 7 мая
Гусейн Сельджан - 31 июля
Гулиев Рауль - 9 августа
Азизли Рашад - 13 августа
Мирзоева Медина - 13 января
Таги-заде Фархад - 27 декабря
Шахбазова Марьям - 24 февраля
Алекпер-заде Омар - 22 февраля
Юсифова Нурджан - 10 декабря
Зиядова Ляман - 22 февраля
Гафарлы Хадиджа - 7 сентября
Исмаилов Исмаил - 27 ноября
Ибрагимов Нихад - 7 сентября
Пириева Айсун - 29 сентября
Мамедова Нана - 18 ноября
Фаттахов Таир - 31 декабря
Мамедова Зулейха - 18 ноября
Аббасов Мурад - 23 июля
Нуриева Айдан - 8 апреля
Алимзанова Алсу - 27 декабря
Султанов Джавид - 7 февраля
Гасанова Аэлен - 2 марта
Сулейманов Зия - 13 июня
Гасымов Эмиль - 25 августа
Алекперова Фидан - 4 июля
Абдуллаева Нигяр - 11 июня
Абдуллаев Ильхам - 20 сентября
Абдурагимов Риад - 24 мая
Шахбазов Гамид - 10 декабря
Гамиди Хадиджа - 9 апреля
Юсифов Фаиг - 7 мая
Гусейн Сельджан - 31 июля
Гулиев Рауль - 9 августа
Азизли Рашад - 13 августа
Мирзоева Медина - 13 января
Таги-заде Фархад - 27 декабря
Шахбазова Марьям - 24 февраля
Алекпер-заде Омар - 22 февраля
Юсифова Нурджан - 10 декабря
Зиядова Ляман - 22 февраля
Гафарлы Хадиджа - 7 сентября
Исмаилов Исмаил - 27 ноября
Ибрагимов Нихад - 7 сентября
Пириева Айсун - 29 сентября
Мамедова Нана - 18 ноября
Фаттахов Таир - 31 декабря
Мамедова Зулейха - 18 ноября
Аббасов Мурад - 23 июля
Нуриева Айдан - 8 апреля
Алимзанова Алсу - 27 декабря
Султанов Джавид - 7 февраля
Гасанова Аэлен - 2 марта
Сулейманов Зия - 13 июня
Гасымов Эмиль - 25 августа
Алекперова Фидан - 4 июля
Абдуллаева Нигяр - 11 июня
13 мая 2011 г.
8 мая 2011 г.
Giymətləndirmə
“Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” və 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” hazırlanmışdır. Bu qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.02.2009-cu il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə Dövlət qeydiyyatından keçmiş, Azərbaycan Respublikası Təhsil nazirinin 11.02.2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”dən irəli gələn tələblərə uyğunlaşdırılıb və fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir. Qaydaların şərhinə ehtiyac olduğunu nəzərə alaraq, müəyyən məsələlərə aydınlıq gətirmək istərdik. Müəllimin fəaliyyəti yalnız summativ qiymətləndirmələrlə məhdudlaşmır, şagird nailiyyətlərinin monitorinqi diaqnostik və formativ qiymətləndirmə formalarında da aparılır. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəy¬yən¬ləş¬dir¬mək məqsədilə müəllim tərəfindən aparılır.Nəticələrə uyğun olaraq müəllim təlim stra¬tegiyasını və şagirdlərin hər birinə fərdi yanaşma yollarını müəyyənləşdirir.Bu qiymət¬lən¬dir¬mənin nəticələri jurnalda qeyd olunmur. Formativ qiymətləndirmə tədris-təlim fəaliyyətini davamlı olaraq müşayiət edən prosesdir və birbaşa müəllim tərəfindən həyata keçirilir. Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçası vasitəsilə şagirdlərə və valideynlərə çatdırılır. Qaydalarda göstərilir ki, formativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından çıxan təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə aparılır. Fənn kurikulumları əsasında xüsusi təlim kurslarından keçmiş ibtidai sinif müəllimləri məzmun standartlarına uyğun təlim məqsədlərinin yazılması bacarıqlarına yiyələniblər və standartların reallaşdırılmasına xidmət edən gündəlik təlimi necə təşkil etməyin yolları ilə tanışdırlar. Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçasında sözlə təsvir edilir.Bəzən müəllimlər məktəbli kitabçasında qeydlərin yazılması üçün yer nəzərdə tutulmamasından şikayətlənirlər. Əslində məktəbli kitabçasında şagirdlərin fəaliyyətinin təsviri qısa ifadələrlə verilməlidir. Məsələn, riyaziyyatdan 10 dairəsində ədədlərin toplanması ilə bağlı izləmələrin nəticəsinin müxtəlif göstəricilərini müəllim şagirdlərin inkişaf xüsusiyyətlərinə uyğun olaraq belə yaza bilər: ”10 dairəsində ədədləri tanıyır,lakin yaza bimir”, yaxud ”10 dairəsində ədədləri toplaya bilir” və ya ”10 dairəsində çıxmanı yerinə yetirir” və s. Müəllim elə bu göstəricilərə əsasən də şagirdin ev tapşırıqlarını müəyyən edir.Beləliklə, valideynin də tədris prosesinə cəlb olunmasına şərait yaranır. Nəzərə almaq lazımdır ki, müəllim hər gün bütün şagirdlərin gündəliyinə qeyd yazmır.Bu qeydlər vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ barədə şagird və valideynin mütləq məlumatlandırılmalı olduğu hallarda edilir. Bütün bu izləmələr şagirdlərin standartlara uyğun inkişafına kömək edir. Şagirdlərin standartların səviyyələrinə uyğunluğu summativ qiymətləndirmələr vasitəsilə ölçülür. Standartların səviyyələrinə əsasən hazırlanmış sualların cavablandırılmasına verilən faizlər və onların qiymət şkalası üzrə açıqlaması qaydalarda göstərilmişdir. Belə ki, tapşırıqların ümumi sayının 10%-nə qədər düz cavab verən şagird “1”, 10% daxil olmaqla 20%-nə qədər düz cavab verən şagird “2”, 20% daxil olmaqla 50%-nə qədər düz cavab verən şagird “3”, 50% daxil olmaqla 80%-nə qədər düz cavab verən şagird “4”, 80% daxil olmaqla 100%-nə qədər düz cavab verən şagird “5” qiymətlə qiymətləndirilir. Yarımil ərzində tədrisin planlaşdırmasına uyğun olaraq summativ qiymətləndirmələrin neçə dəfə keçirilməsi də müəllimləri maraqlandıran məsələlərdən biridir. Kiçik summativ qiymətləndirmələr şagirdlərin müəyyən bir müddət ərzində reallaşdırılan standartların səviyyələrinə uyğunluğunu yoxlamaq məqsədilə keçirilir. Məsələn, 1-ci sinifdə Həyat bilgisi fənnindən sağlamlıqla bağlı olan mövzular tədris olunarkən reallaşdırmaq üçün seçilən standartlar müəllimə yoxlanılmalı olan bacarıqları diktə edir.Bu bacarıqlar aşağıdakılardır: Şagird: -sağlamlığın mühafizəsi haqqında fikir bildirir; -sağlam həyat tərzinin şərtlərini sadalayır; -yoluxucu xəstəlikləri tanıyır və onlardan qorunma yolları haqqında danışır və s. Müəllim özünün müəyyənləşdirdiyi qiymətləndirmə vasitəsi ilə şagirdin bu bacarıqlara hansı səviyyədə nail olduğunu yoxlayır. Kiçik summativ qiymətləndirmələrin sayını isə fənnin planlaşdırılmasına əsasən müəllim müəyyən edir. Belə ki, həftədə 4-5 saat tədris olunan fənn ilə həftədə 1 saat tədris olunan fənlərin arasında kiçik summativ qiymətləndirmələrin sayına görə fərq olacaqdır. Kiçik summativ qiymətləndirmələrin sayına xüsusi bir məhdudiyyətin qoyulması mümkün deyil. Müəllim özü tədrisin planlaşdırılmasına əsasən qərar qəbul etməlidir.”Qaydalar”da yalnız kiçik summativ qiymətləndirmələrin 6 həftədən gec olmayaraq keçirilməsi qeyd edilib. Böyük summativ qiymətləndirmələrdə bu şərhə xüsusi ehtiyac yoxdur. Aydındır ki, hər iki yarımilin sonunda şagirdlərin nailiyyət səviyyələrini müəyyən etmək məqsədilə böyük summativ qiymətləndirmə keçirilir.Böyük summativ qiymətləndirmənin əhatə etdiyi dövrdə reallaşdırılmalı olan standartlar əsasında ən mühüm bacarıqlar müəyyən olunur və standartların səviyyələrinə uyğun tapşırıqlar hazırlanır. Bu zaman daha çox bilik və bacarıqların tətbiqinə yönələn suallardan istifadə edilir. Məsələn,1-ci sinifdə Həyat bilgisi fənnindən yarımil ərzində sağlamlıqla yanaşı, təhlükəsizlik, mənəviyyatla bağlı mövzular tədris olunur. Bu mövzular vasitəsilə reallaşdırılan standartların hər birinə ayrılıqda sual hazırlamaq çətindir.Odur ki, müəllim bu standatlar əsasında ən mühüm bacarıqları müəyyən edir və qiymətləndirmə səviyyələrini nəzərə almaqla suallar hazırlayır. Xüsusi şərhə ehtiyac olan məsələlərdən biri də ana dilindən imla, inşa, ifadə yazılar, riyaziyyatdan biliyin tətbiqinə yönəlmiş misal və məsələ həllinin hansı qiymətləndirmə növünə (formativ, yoxsa kiçik summativ) aid olması ilə bağlıdır. Müəllim şagirdin yazı bacarıqlarının inkişafını izləmək üçün formativ qiymətləndirmə yolu ilə yazı işləri apara bilər və aparmalıdır. Məsələn, şagirdin öyrəndiyi yeni sözlərin yazılışını yoxlamaq üçün kiçik bir mətnin yazılması,toplama əməlinin yoxlanması üçün məsələ həlli və s. bu tipli yazı işləridir. Əgər müəllimin məqsədi başa çatmış bölmə və ya bəhs vasitəsilə realaşdırılmış standartların səviyyələrinə şagirdlərin uyğunluğunu yoxlamaqdırsa, onda yoxlama yazılar kiçik summativ qiymətləndirmə vasitəsi kimi istifadə edilir. Qaydalarda I sinifdə summativ qiymətləndirmələrin aparılması xüsusi olaraq qeyd edilməmişdir. Lakin I siniflər üçün də bütün fənlər üzrə qiymətləndirmə standartları olduğundan şagirdlərin bəhs, bölmə və ilin sonunda nəticələrə hansı səviyyədə nail olduğunu öyrənmək zəruridir. Bu zərurətdən çıxış edərək I siniflərdə kiçik və böyük summativ qiymətləndirmələrin aparılması müəyyən olunmuşdur.Lakin böyük summativ qiymətləndirmənin nəticələri şagirdlərin sinifdən-sinfə keçirilməsinə təsir etmir. Digər izah tələb edən məsələ ana dili fənnindən oxu və yazının birlikdə, yoxsa ayrı qiymətləndirilməsidir. Bildiyimiz kimi, ana dili inteqrativ bir fənndir. Odur ki, bu fənn vasitəsilə əldə edilən bilik və bacarıqlar da inteqrativ şəkildə qiymətləndirilir. Əgər kiçik summativ qiymətləndirmə ana dilindən yazı (inşa, esse) vasitəsilə aparılırsa, onun hər iki qiyməti əsasında ümumi qiymət yazılır. Musiqi, təsviri incəsənət, texnologiya, informatika fənləri üzrə şagirdlərin qiymətləndirilməsinin şifahi və ya yazılı şəkildə aparılması isə yoxlanan bacarıqlara uyğun olaraq müəyyənləşir. Müəllim təlim fəaliyyətinə uyğun olaraq qiymətləndirmə üsulu və vasitəsi seçir. Məsələn, musiqi fənnindən musiqi əsərlərinin müəllifinin tanınması ilə bağlı bilikləri yoxlayarkən müəllim şifahi qiymətləndirmə üsuluna uyğun olaraq sorğu-sual vasitəsindən istifadə edə bilər. Əgər mahnı oxumaq bacarıqları yoxlanırsa, müəllim həmin əsərin oxusunu təşkil etməli və şagirdi buna əsasən qiymətləndirməlidir.Və yaxud təsviri incəsənət fənnindən rəsm əsərlərinin müəllifinin tanınması ilə bağlı bilikləri yoxlayarkən müəllim şifahi qiymətləndirmə üsuluna uyğun olaraq, sorğu-sual vasitəsindən istifadə edə bilər. Şagirdin sadə bədii təsvir vasitələrindən necə istifadə etdiyini yoxlamaq üçün isə onun əl işlərini toplamaq və buna əsasən qiymətləndirmə aparmaq lazımdır. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlərlə təkrar qiymətləndirmənin aparılması ilə bağlı müəyyən suallar ortaya çıxa bilər. “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”nda göstərilir ki, summativ qiymətləndirmədə iştirak etməyən şagirdin jurnalda adının qarşısındakı xana diaqonal olaraq 2 yerə bölünür. Surətdə “q” (qaib) yazılır, məxrəc isə boş saxlanılır. Müəllim növbəti 2 həftə ərzində həmin şagirdlə summativ qiymətləndirmə aparır və nəticəni məxrəcdə qeyd edir. İki həftə müddət ona görə nəzərdə tutulmuşdur ki, şagirdin buraxdığı materialı öyrənmək və ya təkrar etmək üçün müəyyən vaxtı olsun. Byük summativ qiymətləndirmənin nəticələrinə görə ən çoxu üç fəndən qeyri-kafi qiymət alan II-VIII, X sinif şagirdlərinə “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ına uyğun olaraq yay tədris tapşırıqları verilir. Ən azı bir fəndən yay tədris tapşırığını yerinə yetirməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.IX və XI siniflərdə bu məsələlər “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 27, 28, 29–cu maddələri ilə tənzimlənir. 27-ci maddəyə görə, bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahana buraxılırlar. 28-ci maddəyə görə, dərs ilinin hər hansı yarımilində məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən IX və XI sinif, peşə liseylərinin II-III kurs şagirdlərinin imtahanlara buraxılıb-buraxılmaması məsələsinə məktəbin pedoqoji şurasında baxılıb müvafiq qərar qəbul olunur. 29-cu maddəyə görə isə bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil kursu üzrə imtahanlara buraxılırlar. Sinifdənxaric oxunun qiymətləndirilməsi və nəticəsinin jurnalda qeyd olunması ilə bağlı suallara da münasibət bildirmək məqsədəuyğundur.Sinifdənxaric oxu ana dilindən oxu bacarıqlarının inkişafına xidmət edən bir fəaliyyətdir və şagirdlərin bu fəaliyyəti müəllim tərəfindən mütəmadi olaraq izlənilir, yəni formativ qiymətləndirmə aparılır. Kiçik summativ qiymətləndirmələrdə oxu bacarıqları qiymətləndirilərkən eyni zamanda sinifdənxaric oxu zamanı əldə edilən nailiyyətlər şagirdin daha yüksək müvəffəqiyyətinə kömək edir. Formativ qiymətləndirmələr bütün dərs boyu davamedici bir proses olduğu üçün ona xüsusi vaxt ayrılmır.Summativ qimətləndirmələr isə fənlərin planlaşdırılmasında yoxlamaların aparılması üçün nəzərdə tutulan saatlar hesabına keçirilə bilər. Onu da qeyd edim ki, sinif jurnallarının “Göstərişlər” səhifəsində nəzərdə tutulan bənd (gündəlik xanalara “q” və ya “+” yazılması) bütün siniflərə aid edilir. Kurikulum tətbiq edilən siniflərin jurnallarında kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri, qalan xanalarda isə “+” və ya “q” yazılır. Kurikulum tətbiq edilməyən siniflərdə (III-XI) siniflərin jurnallarında qiymətləndirilən şagirdlərin qarşısında qiymətlər, dərsdə iştirak edən, lakin qiymətləndirilməyən şagirdin adının qarşısındakı xanada “+”, dərsdə iştirak etməyən şagirdin adının qarşısındakı xanada isə “q” yazılır.